“Sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq” 

“Sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq”
"Sherg.az"ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan televiziyasına açıqlamasında bildirib.

O qeyd edib ki, karantinin uzadılmasına məcburuq: "Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq".