İki gəncin qərarı-tamtəraqqsız, qonaqlarsız yeni ailə cütlüyü

Kütləvi informasiya vasitələrində Bərdə rayon rəhbərinin öz övladında karantin dövründə xeyir mərasimi keçirməsi haqda məlumatlar yayılıb. Məsələ ilə bağlı sualları Bərdənin deputatl, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca müraciət etdik. O bunları söylədi:
“Bərdə sakinlərini parlamentdə təmsil etdiyim üçün rayonun icra hakimiyyəti başçısına media təmsilçilərinin suallarına aydınlıq gətirməsi üçün müraciət etdik. Qeyd olundu ki, gənclər bir ilə yaxındır nişanlı idilər və bu ilin iyul ayının 3-də heç bir qonaq, dəvətlilər və mərasim olmadan, yalnız iki gəncin birlikdə nikaha daxil olmasından bəhs etmək olar.
Uzun illər ölkəmizdə şadlıq saraylarında baş verən istismarçılığın, izdihamın və milli ənənələrimizə qəsdin alternativi olaraq yeni davranış nümunələrinin bərqərar olunmasını istəyirdik. Xüsusilə, vəzifə adamlarının, rəhbər şəxslərin, bir sıra hallarda məmuriyyət sistemimizin övladları ilə bağlı təmtərağa qarşı böyük ictimai etirazlar olduğunu bilirdik.Milli adətlərimizin belə bir səviyyəyə gəlib çatması hamımızı narahat edirdi. Mərasim iqtisadiyyatı milli inkişafımızın buxovuna çevrilmişdi.
Mənəvi abidəmiz olan islamda da buyurulur-sadə və mütəvazi.
Ona görə də iki gəncin 3 iyulda yeni Azərbaycan ailəsi cütlüyünə çevrilməsi hərəkəti karanatin əleyhinə akt və hazırki müqəqddəs müharibə səfərbərliyimizə zidd hadisə deyil, əksinə nümunəvi addımdır. Dövlət və hakimiyyət orqanları təmsilçilərinə qarşı media şərhləri və təhlillərinə övladların sıravi vətəndaş qiyafəsində qərarı üzərindən qiymət vermək doğru olmaz. demoqrafik, mənəvi və etik gələcəyi bizim verəcəyimiz soyuqqanlı qərarlardan çox asılıdır”.