Bakının mərkəzi hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. 
Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza baş verib:
“Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.