Daxili İşlər Nazirliyinin vəzifəlisi koronavirusdan vəfat etdi

Daxili İşlər Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, DİN-in Baş Mühafizə İdarəsinin müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Azər Tağıyev COVID-19-dan ölüb.
O, ötən gün vəfat edib.
Qeyd edək ki, DİN-in əməkdaşları arasında da koronavirusa yoluxma faktları qeydə alınıb. Onlar arasında vəfat edənlər də var.