Prezidentə təşəkkür:“Sizin qətiyyətli siyasətiniz dövlət-vətəndaş birliyi yaradıb”

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
"Sherg.az" Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Lerik rayonunun Barzavu kəndindən Hakim Qənbərov Prezidentə yazır:

“Hörmətli cənab Prezident, bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfərləri ərəfəsində Azərbaycanda yaşanan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sevgi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb. Bu dönməz qətiyyətin sayəsində Sizin - Ali Baş Komandanımızın döyüş əmri ilə yaxın zamanlarda torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik. Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adından Sizə minnətdaram. Dövlətim və millətim üçün həmişə döyüşməyə və şəhid olmağa hazıram. Vətən sağ olsun!”.