Ölkə başçısına məktub:”Torpaqlarımızın tezliklə azad ediləcəyinə inanırıq”

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
"Sherg.az" Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhərinin sakini Günay Yusifova ölkə başçısına məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Bu hadisə Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu bir daha göstərdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri düşmən hücumlarının qarşısını məharətlə aldı və düşməni geri oturtdu. Sizin də dediyiniz kimi, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Torpaqlarımızın tezliklə azad ediləcəyinə inanırıq”.