Ali Baş Komandana: “Belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq”

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
"Sherg.az" Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Ağdam rayon 135 saylı köçkün tam orta məktəbinin müəllimi Aynurə Səlimovanın Ali Baş Komandana məktubunda deyilir: 

“Hörmətli Cənab Prezident, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir. Cənab Prezident, belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpaqda axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir. Biz Sizinlə qürur duyuruq”.