Dövlət rəhbərinə: “Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq”

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.
"Sherg.az" Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Zəngilan rayon 35 saylı məktəbin müəllimi Həyat Abdullayeva dövlət rəhbərinə yazır:

 “Hörmətli cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya malikdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, Azərbaycan bu gün düşmənə layiqli cavab verə bilir. Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır. Cənab Ali Baş Komandan, Zəngilan gəncləri olaraq bizlər daim dövlətimizə xidmət edirik. Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq