Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

Bu ilin 6 ayında ən çox boşanma səbəblərinin nələr olduğu məlum olub.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 6 ayı ərzində qeydiyyat şöbələrində nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində ən çox nikahın pozulması səbəbləri kimi xasiyyətlərinin tutmamasını, uşaqlarının olmamasını və qısqanclığı qeyd ediblər.