Sami Yusifdən Azərbaycana dəstək paylaşımı - FOTO

Dünyaca məşhur müğənni Sami Yusif də son günlər Azərbaycanda cəbhədə baş verənlərə münasibət bildirib.
"Sherg.az"axşam.az istinadən xəbər verir ki, Cənubi Azərbaycandan olan sənətçi 2,2 milyonluq İnstaqram səhifəsində hekayə bölümündə ölkəmizlə bağlı paylaşımlar edib.
Sami Yusif "Qarabağ Azərbaycanındır", "Azərbaycan üçün dua edin" haştaqı ilə fotolar yayımlayıb. O, daha sonra Ermənistanın işğalçı bir dövlət olduğu, Azərbaycanın torpaqlarını zəbt etdiyi haqda məqalə yerləşdirib.