Ölkə başçısına məktub: “Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Bakı şəhərindən Aysel Heydərli ölkə başçısına: “Hörmətli cənab Prezident, son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Vəzifələrini ləyaqətlə, şərəflə yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, bu təxribatına görə düşmənə Sizin komandanlığınızla layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”.