Nazirdən DİN-in Polis Akademiyasının rəisi ilə bağlı ƏMR

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.
APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA -ya təsdiqləyiblər.
Bildirilib ki, N.Əliyevin yerinə hələlik yerinə təyinat yoxdur.