100 iş yeri, ideal taksi xidməti: Bəs qaragüruh niyə narahatdı?


Ölkəyə gətirilən yeni taksilər artıq Heydər Əliyev Beynəlxalq Hava
Limanında vətəndaşların isitifadəsinə verili. Bu taksilərlə bağlı ilginc məqam
odur ki, avtomobillər sərnişindən sürücüyə, sürücüdən sərnişinə
koronavirusun keçməsinin qarşısını alan detallarla təchiz olunub.
Son illər respublikamızda avtomobil parkının yüksək templə genişləndiyini
və avtonəqliyyat vasitələrinin sayının 700 min ədəddən çox olduğunu
nəzərə alsaq, ekoloji problemlərə ciddi yanaşmağın zəruriliyi təbii ki,
hamımıza məlumdur. 
Məhz pandemiya dönəmində vətəndaşların
təhlükəsizliyinin təmini üçün eyni zamanda taksi nəqliyyatının düzgün idarə
olunmasının, məsul şəxslərin üzərinə böyük öhdəliklər düşür. Pandemiya
şəraitində isə taksi fəaliyyəti ilə məşğul olub, gün ərzində onlarla müşəri
daşıyan sadə sürücü evinə çörəkpulu ilə bərabər virus da aparır. Çox
təəssüf doğuran məqam olsa da bu belədir, reallıqdır. Çünki dövlət
tərəfindən taksi fəaliyyəti ilə məşğul olan sadə vətəndaşın qarşısına, məhz
onu, ailəsini, yaxınlarını, eləcə də sərnişinləri, yəni nəticədə bizi qorumaq
üçün tələblər qoyulub. 

Ancaq bütün dünyanın bu gün müharibə apardığı COVİD-19 virusu, sadə arakəsmədən insanı nə qədər qoruya bilər? Bax bu sual, Azərbaycan prezidentini də narahat edən məsələlərdəndir.
Baxmayaraq ki, ölkəyə gətirilməsi hətta pandemiyadan öncə qərara alınan
və elə prezident İlham Əliyev tərəfindən Azərbaycan vətəndaşının rahatlığı,
təhlükəsizliyi üçün hesablanan LEVC TX modelli taksilərin ölkəyə gətirilməsi,
vətəndaşların xidmətinə verilməsi beyni və mənəviyyatı ancaq mənfiyə
köklənən və Azərbaycan cəmiyyətini də bu istiqamətdə formalaşdırmağa,
narazı kütlə təfəkkürünü sırımağa çalışan insanlara çox qəribə hal kimi
görünür. Niyə, axı nə üçün?! Niyə ancaq qaragüruh salanlar kimisə guya
taksi fəaliyyətini monopoliyaya almasını bağıranlar, yeni, 100 iş yerri
açılmasından, sürücülərin və sərnişinlərin rahatlığından, təhlükəsizliyinin
sığortalanmasından, qaçılmaz olan, baş verən nəqliyyat hadisələrindən,
qəzalardan sağlam canla qurtulmaq xoşbəxtliyindən, sərnişindaşımanın
keyfiyyətinin yüksəlməsindən, fiziki məhdudiyyətli insanlar üçün rahat
nəqliyyat vasitəsinin artıq ölkəmizdə də istifadəsindən və ən əsası qlobal
ekologiyaya böhranına müsbət təsir fonunda, pandemiya dövründə COVİD
kimi bir düşmən üçün ən azı taksi fəaliyyətində yaranacaq məhdudiyyətdən
yox, məhz guya yaradılan monopoliya, guya şəxsi maraqlar və bu kimi
cəmiyyətə narazı kütlə olmaq aurasını sırımağa çalışırsınız? 

Bəli, TX model taksilərdə xüsusi avadanlıqlar quraşdırılıb və bu məhsul bütün dünyada
İngiltərənin LEVC markasinin COVİD virusu əleyhinə quraşdırılan, virusun
sürücüdən sərnişinə, sərnişindən sürücüyə keçməsinə mane olan istehsal
olaraq artıq səs-küyə səbəb olub. Niyə bundan danışan olmadı? Bir dövlət
qurumunun, özü də nəqliyyat siyasətini tənzimləyən icra hakimiyyəti
orqanının nəzdində fəaliyyət göstərən müəssisənin elə siyasətinə uyğun
nəqliyyat vasitəsi alıb, bunu ölkə başçısının iştirakı ilə cəmiyyətə təqdim
etməkdə qəribə nə var və ya gülməli, təəccüblənməli nə var? Biz də sadə
vətəndaşlarıq və biz də bu cəmiyyətdə baş verən neqativ halları görə bilirik,
ancaq bütün müsbətləri də neqativ, fəaliyyətsizlik kimi təqdim etmək və
buna inanmaq, əslində elə bizim, sadə vətəndaşın, yəni cəmiyyətin
uğursuzluğuna gətirib çıxara bilər.

İndi bir qədər də detallı: Yeni taksilərin Bakıya gətirilməsi nələrə səbəb
olacaq?
Fiziki məhdudiyyətli insanların rahat və təmiz nəqliyyat növündən
istifadəsinə;
“COVID-19” xarakterli virusların ötürülməsinin qarşısını ala biləcək
məhsullarla təmin oluna bilməsi;
Kabinanın “Wi-Fi” şəbəkəsi və elektrik yuvaları ilə təmin edilməsi;
Sürücü ilə əlaqə üçün xüsusi mikrofon;
Sürücülərin bütün prosesi monitor vasitəsilə idarə edə bilməsi;
Ödənişin POS terminal vasitəsilə aparılması imkanı...
Bunun nəyi pisdi ki?

Səbuhi Məmmədli