İyulda 11 mindən çox doğum qeydə alınıb

Bu ilin iyul ayında qeydiyyat orqanlarında 11 105 doğum dövlət qeydiyyatına alınıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yeni doğulanlardan 5 851 oğlan, 5 214-ü isa qız olub.
Bildirilib ki, iyulda say baxımından ilk beşlikdə doğumu daha çox Ədliyyə Nazirliyinin Cəlilabad, Şəmkir, Lənkəran rayon və 2 , 3 , 5 saylı Bakı " ASAN” xidmət mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri qeydə alıb.