Birinci vitse-prezidentin REYTİNQİ açıqlandı: 68.5 faiz - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ilin aprel-iyun aylarını əhatə edən fəaliyyətinə dair də sosial sorğular keçirib.
STM.az xəbər verir ki, Mərkəzin təqdim etdiyi nəticələrə əsasən, əhalinin 68.5 faizi Mehriban Əliyevaya tam etibar etdiyini, 24.2 faizi əsasən etibar etdiyini bildirib.
Sorğuda iştirak edənlərin 27.9 faizi Nazirlər Kabinetinə, 25.7 faizi isə parlamentə, 30.7 faizi yerli icra hakimiyyətlərinə, 27.6 faizi məhkəmələrə tam etibar etdiyini bildirib.