“Əhali arasında da döyüş ruhu yüksəkdir” - Ordumuza sonsuz inam...! 

"Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün güclü orduya sahibik. Habelə, ölkəmiz təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir". 

Bu sözləri "Şərq"ə açıqlamasında ehtiyatda olan əsgər Zaur Məmmədov deyib. O bildirib ki, hər bir vətəndaşımız ordumuzun gücünə olan inamı sonsuzdur: 

"Builki Tovuz hadisələri də göstərdi ki, ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti yüksək səviyyədədir. Azərbaycan Silahlı Qüvvələri istər quruda, suda, istərsə də havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

Tovuz hadisələrində hərbçilərimiz yüksək vətənpərvərlik nümayiş etdirdiklərinin şahidi olduq. Əsgər və zabitlərimiz aprel döyüşlərində olduğu kimi, bu döyüşlərdə də şücaət və qəhrəmanlıq səlnaməsi yaratdılar.

Əminliklə, deyə bilərəm ki, xalqımızın orduya olan etibarı və inamı da sonsuzdur. Əhali arasında döyüş ruhu da yüksəkdir. Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik. Torpaqlarımızı geri qaytarmaq üçün döyüşə atılmağa hər an hazırıq".