Ermənistan ordusunda fiasko: “Əvvəl qadınlar, sonra qocalar, indi də uşaqlar...”

Sosialar şəbəkələrdə Ermənistan ordusunun yeniyetmələrdən istifadə etmələrinə dair görüntülər yayılıb. Başqa bir fotoda isə qızların silahlandırıldığı, onlara təlim keçirildiyi görünür. Bu, düşmənin şəxsi heyətinin tükəndiyini göstərən bariz faktdır. Deməli, nəinki “milli ordu”, hətta  ordan-burdan tapıb gətirdikləri muzdulular da tək-tük qalıb, əksəriyyəti məhv edilib.



Əks halda yeniyetmələrə, qızlara ümid bəsləməzdilər. Vallah, bəlkə də, onların çəkisi əllərindəki “Kalaşnikov”larla, daşıdıqları mərmilərlərlə, az qala, eynidir. 

 Ehtiyatda olan polkovnik Elxan Qəniyev “Sherg.az”a açıqlamasında bunu Ermənistan silahlı qüvvələrinin fiaskosu kimi qiymətləndirib: 

“İlk növbədə onu deyim ki, döyüşə yeniyetmələri cəlb etmək Cenevre konvensiyasına ziddir. Amma əlacsız qalıblar. Necə deyərlər, suda boğulan saman çöpündən yapışar. Əvvəl qadınlardan, sonra qocalardan ibarət dəstələr yaratdılar. İndi yeniyetmələri döyüşə cəlb ediblər. Birazdan altı aylıqların da əlinə silah verəcəklər. Hələ bir də gördüz, Paşinyanın arvadı özü hərbçilərimiz qarşısına çıxdı. Amma az qalıb. Biz bir neçə günə daha böyük qələbələrə, o cümlədən Laçın və Kəlbəcərin azad olunmasına sevinəcəyik”.