“Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır” - MN

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

Bu barədə "Sherg.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib:
Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.