DİN-dən hərbi vəziyyət rejimi və koronavirus məhdudiyyətləri ilə bağlı vətəndaşlara MÜRACİƏT

Bu gün - noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi paytaxt Bakı ilə yanaşı, respublikamızda böyük sevinclə qarşılanıb.

Xalqımıza göstərdikləri birliyə və böyük ehtirama görə minnətdarlığımızı bildiririk.

Daxili İşlər Nazirliyindən bildirilib ki, bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkəmizdə tətbiq edilən hərbi vəziyyət rejiminin və koronavirus infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq:

“İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edəcəksiniz”.