Azərbaycan əsgəri-mənim qəhrəmanım! - Şəhid bacısı yazır 

Bütün eşqlərdən ucada dayanan bir eşq var - Vətən eşqi!Xalqımız bü gün bu eşq uğurunda uzun illərdi davam edən erməni faşistlərinn xalqımıza qarşı törətdikləri insanlığa sığmayan cinayətlərinə,qətliamlarına,təcavüzlərinə,işğallarına qarşı haqq savaşına qalxıb.Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə,Müzəffər Azərbaycan Ordusu,qorxmaz yenilməz Azərbaycan əsgəri cənnət diyarımız Qarabağımızı addım-addım,bir-bir azad edirlər.

      Vətən mənə oğul desə nə dərdim,
       Mamır olub qayasında bitərdim!

Vətən qayasında mamır olmaq istəyən Azərbaycan oğlu,bu gün Vətən sənə oğul dedi..
  Vətənin bu çağırışına ürəklə,canla,bütün ruhuyla hay verən Azərbaycan əsgəri - mənim qəhrəmanım!
   Dişiylə-dırnağıyla səngərini quran,torpağını göz bəbəyi kimi qoruyan Azərbaycan əsgəri-mənim qəhrəmanım!
   Qəzəbi dolu bir tüfəng olan,bu tüfənglə düşmən üzərinə od yağdıran,məlunları darmadağın edən Azərbaycan əsgəri-mənim qəhrəmanım!

    Erməni faşizminə qarşı mübarizədə öz şərəfli xilaskar missiyasını layiqlə yerinə yetirən Azərbaycan əsgəri-mənim qəhrəmanım!
    Bu Vətən sənin Vətənindir.Sən var olduqca bu Vətən var olacaq Azərbaycan əsgəri - mənim qəhrəmanım!
    Sən bu xalqın,elin qorxubilməz,cəngavər Bayraqdarısan  Azərbaycan əsgəri - mənim qəhrəmanım!

    Vətən keşiyində dayanmaq böyük şərəfdir.və bu şərəfli yolda bu günkü qəhrəmanlıq salnaməsində oz imzasını qoyan Azərbaycan əsgəri - mənim qəhrəmanım!


   
Bu gün sən yeni bir tarix yazırsan Azərbaycan əsgəri - mənim qəhrəmanım!
    Biz bu tarixdə qalibik,qalib də olacağıq!Birlik,həmrəylik nümayiş etdirərək,Xalqımızın böyük iradəsi,əzmu sayəsində qalb gələcəyik.Təbii ki,başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Rəşadətli Azərbaycan Ordusunun,Azərbaycan əsgərinin şücaətləri sayəsində qalibik,qalib də olacağıq!
   Azərbaycan xalqı sizinlə öyünür,fəxr edir Azərbaycan əsgəri-mənim qəhrəmanım!  
   Bir şəhid bacısı kimi sizinlə qürur duyuram Azərbaycan əsgəri-mənim qəhrəmanım!
   Harda Azərbaycan əsgəri var mənm qəlbim orda döyünür!
   Bu gün Ali Baş Komandanımız daha bir möhtəşəm Qələbə sevincini bizə yaşatdı -Şuşa azad oldu.Sən azad etdin,bu tarixi Qələbəni bizə sən yaşatdın Azərbaycan əsgəri-mənim qəhrəmanım!

    Gözümüz aydın olsun!Şəhidlərimizin ruhunu şad etdiyiniz üçün minnətdaram
   Yaşa , var ol Azərbaycan əsgəri -mənim qəhrəmanım!
    Ürəyinizin təpəri,qollarınızın qüvvəti əskilməsin Azərbaycan əsgəri - mənim qəhrəmanım!
    Qələbə bizimlədir!Uğruna şəhidlər verdiyimiz müqəddəs,üç rəngli, ay ulduzlu Bayrağımız bütün işğal altında qalan torpaqlarımızda, eləcə də Qazağımızın 7 kəndində də qürurla dalğalanacaq.


    O Bayraqları sən asacaqsan o torpaqlara Azərbaycan əsgəri -mənim qəhrəmanım!

Qeyd edək ki, artıq Ermənistan kapitulyasiya sənədini də imzalayıb. Bu isə Azərbaycanın tarixi qələbəsinin təntənəsidir.

   Eşq olsun Ali Baş Komandanımıza!
   Eşq olsun Azərbaycan Ordusuna!
   Eşq olsun Azərbaycan əsgərinə!
   Yaşasın Azərbaycan!
    Qarabağ Azərbaycandır!

    Şəhid bacısı Hicranə Məmmədova
      Ağstafa Regional Mədəniyyət idarəsiQazax rayon MKS nin Daş Salahlı kənd 1 saylı filial kitabxananın əməkdaşı