Sadıqovun Dubayda istirahətinə REAKSİYA: "30 ildir nazirlikdə..."

"Nəcməddin Sadıqov  30 ildir Müdafiə Nazirliyində istirahət edib, anlamıram ki, indi Dubayda istirahət etməsi niyə bu qədər ajiotajla qarşılanıb? O qədər Dubayda vaxtilə istirahət edənlər tanıyıram ki, indi daha layiq olduqları yerdə, həm də uzunmüddətli “istirahət” edirlər".

"Sherg.az" xəbər verir ki, bu sözləri "Musavat.com"a müsahibəsində milət vəkili Fazil Mustafa deyib. Parlamentari qeyd edib ki, Azərbaycan ordusu müəssisə olaraq bizim müqəddəs ocağımızdır, orada namus və vicdanla xidmət etməyənlərin şərəfli vətəndaş sayıldığının indiyədək şahidi olmayıb:

"Yaxşı ki, bu ölkənin İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanı vardı. Son milli savaşda bütün məsuliyyəti öz üzərinə götürərək möhtəşəm qələbəni təmin etdi və bir çox yalançı qəhrəmanın növbəti dəfə boy göstərməsinə imkan tanımadı".