Qadınların əksəriyyəti 40 yaşından sonra Cennifer kimi görünmək istəyir - Sorğu

Dünyada 40 yaş üzərində olub görünüşü ən çox bəyənilən adamın Cennifer Lopez olduğu məlum olub.

40 yaşını keçdikdən sonra hansı məşhura bənzəmək istəyərsiniz? Sizi bilmirik, amma təşkil edilən bir anketdə, 40 yaşını geridə buraxan qadınların hazırda 51 yaşında olan iki uşaq anası Cennifer Lopezə bənzəmək istədiyi ortaya çıxıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, İngiltərədə bir sorğunun nəticələrinə görə, iştirakçıların yüzdə 38 faizi son dövrdə nişanlısı Alex Rodriguezlə enişli-yoxuşlu həyat sürən Lopezə bənzəməkdən xoşbəxtlik duya biləcəklərini ifadə edib.

Qadınlar arasında siyahının ikinci pilləsində 52 yaşlı aktrisa Jennifer Aniston var. Onun kimi görünmək istəyənlərin nisbəti isə yüzdə 34 faizdir. 

Turan