Müəllim koronavirusdan öldü - FOTO


Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi.

Oxu.Az-ın məlumatına görə, ötən gün distant təhsilə bağlanan Sumqayıt şəhər 28 nömrəli orta məktəbin fizika müəllimi 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva koronavirusdan dünyasını dəyişib.

Bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən N.Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb.