Maraqlı evliliyin təməli atılıb: Azərbaycan oğlu pakistanlı qız...

Pakistanla dostluğun, qardaşlığın gücü gənclərimizi də bir NİKAH MASASINDA  birləşdirir. Bakı Ali Neft Məktəbində maraqlı bir sevginin, evliliyin təməli qoyulub. 
"Sherg.az" xəbər verir ki, Azərbaycan oğlu pakistanlı tələbə yoldaşı ilə bu gün ASAN Xidmətdə nikaha daxil olub. 
Ali məktəbin rektoru Elmar Qasımov və Pakistanın səfiri Bilal Haye bu cütlülüyün nikahına şahidlik edib.
Hər iki gəncin ailəsi isə bir-birini internet üzərindən tanıyıb. 
Azərbaycan-Pakistan dostluğu kimi bu evliliyin də təməli möhkəm olsun!