Amin Musayev ilk dəfə açıqladı:"Düşmən əlində idim..." 

“Şərq TV”nin “Düzünü deyək” verilişinin bugünkü qonağı keçmiş hərbi əsir, müharibə iştirakçısı Amin Musayev olub. O, efirdə bunları deyib “ Qızıl Xaç Komitəsinin nümayəndəsi bizə söyləyirdi ki, məktublar oxunduqdan sonra Azərbaycana gedir.
Ona görə də hər şeyi olduğu kimi yazmağa çəkinirdim. Bizimlə pis rəftar etdiklərini desəm, daha böyük zülm verəcəklərindən qorxurdum.
Odur ki, yalandan olsa da, hər şeyin yaxşı olacağını deyirdim.
Əslində isə belə deyildi. Düşmən əlində idim. Necə yaxşı ola bilərdim ki?”.