DİQQƏT!- “Feysbuk şəxsi məlumatlarımızdan başqa məqsədlə..."

Çoxumuzun illərdir “dostluq etdiyimiz”, az qala, aramızdan su sızmayan(belə demək mümkünsə) “Facebook”da yeni tendensiya meydana çıxıb- sosial şəbəkə “Facebook profile visitors” proqramı vasitəsilə hesabımıza ən çox baxan şəxsləri bizə göstərir. Bir də baxırıq ki, hesabımızda real həyatda üzünü bircə dəfə belə görmədiyimiz şəxslərin üzləri “peyda oldu”. Sual yaranır: hesabımda o virtual dostuma aid nə var ki, məni intensiv izləsin? Əlbəttə, işin içində saxtakarlıq var.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli məsələnin mahiyyətini “Sherg.az”a izah etdi:

“İstifadəçi sosial şəbəkədən istifadə qaydalarına razılıq verirsə, belə hallara hazır olmalıdır. “Facebook” və digər platformalar bizə pulsuz istifadə imkanı verir. Əvəzində isə şəxsi məlumatlarımızdan statistika yaratmaq, reklam, kommersiya və başqa məqsədlə istifadə edir”.