Elnur Eltürk: “Azərbaycan Televiziyasında “Türk dünyası” layihəsinə maraq böyükdür”

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Televiziyasında "Türk dünyası" layihəsinə start verilib. Bu cür layihələri inkişaf etdirmək lazımdır. Bu gün televiziyalarımızda Türk dünyası ilə bağlı verilişə maraq hansı səviyyədədir? 
Bu barədə "Sherg.az"a danışan diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk qeyd edib: 
“Azərbaycan teleməkanında türk dünyasını əhatə edən verilişlərinə yayınlanması zamanın tələbidir. Bu gün türk dünyasında böyük oyanış prosesi gedir. Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır. Türk dünyasında baş verən siyasi-iqtisadi, hərbi və mədəni dəyikşiklərlə bağlı türk gəncliyi məlumatlanmalıdır. Bu gün Azərbaycan Televiziyasında “Türk dünyası” layihəsinə start verilməsi, olduqca yaxşı haldır. Həm də marağı artıracaq.  Sosial şəbəkələrdən görünür ki, layihəyə maraq böyükdür. Hesab edirəm ki, bu cür verilişləri davamlı etmək lazımdır”.