Əldəqayırma” kabrioleti ilə polis təqibindən qaçmaq istədi


Rusiyanın Volqoqrad vilayətində kişi “əldəqayırma” kabrioleti ilə polis təqibindən gizlənməyə çalışıb. Hüquq mühafizəçiləri atəş açmaqla onu dayandırıblar.

RT-nin DİN-ə istinadla verdiyi məlumata görə, sürücü dayanma tələbinə riayət etməyib və təqib başlayıb.

YPX müfəttişi qayda pozucusunu saxlamaq üçün maşının üç təkərinə atəş açmaq məcburiyyətində qalıb.


Sükan arxasında 48 yaşlı Saratov sakininin olduğu müəyyən edilib. Onun sürücülük  sənədinin müddəti 2017-ci ildə bitib. Avtomobildə isə saxta seriya nömrələri olub.