Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb -Fotolar

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb. Görüşdə iştirak edən qazilərin Milli Kulinariya Assosasiyasının üzvü olaraq öz işlərinə sevgi və peşəkarlıqla yanaşdığı kimi, Vətən çağırınca da silaha sarılıb torpaqlarımızın azad olunması uğrunda döyüşlərə atıldığını minnətdarlıqla qeyd edib:
"Siz, öz bilik, bacarıq və bütün digər imkanlarınızla Vətən uğrunda döyüşlərə atılmış, fədakarlıqla döyüşmüsüz. Sizlərdən döyüşlərdə yaralananlar da olub və şükür Tanrıya, artıq sağlamlığınız da bərpa olunur. 
Sizin şəhid olan cəbhə yoldaşlarınız olub, onların, bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, sizlərə mülki həyatda uğurlar diləyirəm! 
İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevincinizi bölüşür,  sizlərə təbrik və təşəkkürlərimi yetirirəm! 
Sizin kimi vətəncanlı gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhid cəbhə yoldaşlarınızın qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!

Q.Paşayeva qazilərə, üzəri Azərbaycan bayrağı işləmli qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Ruslan Şıxiyev (AMKA İH üzvü, usta aşpaz, AMKA Qəbələ bürosunun sədri, Döyüşən Aşpazlar Komitəsinin sədri; “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif edilib), Yunis İmanov (aşpaz; Qubadlı və Laçın uğrunda döyüşlərdə iştirak edib), İsmət Vəliyev (qənnadıçı; Suqovuşan, Talış və Murovdağ uğrunda döyüşlərdə iştirak edib), Nuripaşa Rzayev (aşpaz; Cəbrayıl, Xocavənd, Füzuli və Şuşa uğrunda döyüşlərdə iştirak edib), Səbuhi Əzimzadə (aşpaz; Cəbrayıl, Xocavənd, Füzuli və Şuşa uğrunda döyüşlərdə iştirak edib), Emin Qasımlı (aşpaz; Xocavənd, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edib) və İlqar Əhmədovla (aşpaz; Suqovuşan və Ağdərə uğrunda döyüşlərdə iştirak edib) görüşdə AMKA-nın rəhbəri və Milli Kulinariya Mərkəzinin direktoru, Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov iştirak edib.