Nazpəri mərhum oğlu barədə:"Gözümün yaşı qurumur, bala.." - FOTO

Bir müddət öncə oğlu Əlini itirən xalq artisti Nazpəri Dostəliyeva aylar sonra efirə çıxıb.
“Sherg.az” xəbər verir ki, o, “1 dəqiqə” adlı proqrama qonaq olub. Verilişin fraqmenti yayımlanıb. Sənətçi oğlunun məzarını ziyarət edib və bu sözləri söyləyib:

“Gözümün yaşı qurumur, bala, haradasan?”

O, həmçinin oğlunun həyatı ilə bağlı faktlardan danışıb. Qeyd edək ki, proqram oktyabrın 6-ı ekrana gələcək.