Nigar hərbçi nişanlısından yazdı: “Üzünü paylaşa bilmirəm...” - Foto

Əməkdar artist Nigar Şabanova hərbçi nişanlısı ilə fotosunu paylaşıb.
“Sherg.az” xəbər verir ki, nişanlısının üzünü gizlədən sənətçi bu sözləri yazıb:
“Düşmənin üzü həmişə qara olsun. Sənin üzünü paylaşa bilmirəm. Bu gün xidmətdəsən, təəssüf ki, özəl gününü qeyd edə bilmədik. Özün demiş, öncə Vətən. Doğum günün mübarək, həyatımın nuru, fəxrim, qürurum. 

Sənə can sağlığı, uzun ömür arzu edirəm, işində uğurlar diləyirəm. Səni dünyaya gətirən ananın əllərindən öpürəm. Səni peşəkar döyüşçü kimi yetişdirən, başda cənab general Hikmət Mirzəyev olmaqla, bütün komandir heyətinizə, hörmətli qardaşlarıma təşəkkür edirəm. Nə yaxşı ki, varımsan, xoş gəldin dünyama”.