“Belə şəxslər özlərini həmin platformalarda tapırlar və bir təqdimat hazırlayırlar”
““Like” yığmaq asılılıqları olur, yazılan kommentlərə alışırlar. Sosial şəbəkə olmayanda da bir gərginlik yaranır”
Oktyabrın 4-ü dünyada “Facebook”, “İnstagram” və “Whatsapp” tətbiqlərinin işində problem yaranıb. Bu ləngimə saatlarla davam edib, sosial şəbəkə polatformaları ilə əlaqə kəsilib. “TikTok”, “Telegram”, “YouTube” və “Twitter”də bir porblem olmasa da, gündəlik istifadə edilən tətbiqlərin yoxluğu gərginliyə səbəb olub. Xüsusilə sosial şəbəkələrdən asılı olan şəxlərin psixologiyasına təsir göstərib.

Məsələni “Sherg.az”a dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, insan həyatı öz psixoloji durumuna və xarakterinə uyğun yaşayır:
“Sosial şəbəkələrdən də psixoloji cəhətdən həssas insanlar asılı olurlar. Bir neçə sosial şəbəkə platformasının çökməsi də belə şəxslərə təsir göstərdi. Bu problemin olduğundan xəbərsiz insanlar da var idi. Onların həyatlarında bir neçə tətbiqin yoxluğu önəm kəsb etmədi. Fikirləşdilər ki, gerçək həyatda daha maraqlı işlər var. Əslində sosial şəbəkələrə real həyatda özlərini təsdiq edə bilməyən insanlar daha çox meyillidir. Onlar özlərini həmin platformalarda tapırlar və bir təqdimat hazırlayırlar. “Like” yığmaq asılılıqları olur, yazılan kommentlərə alışırlar. Sosial şəbəkə olmayanda da bir gərginlik yaranır”.