Afət Fərmanqızını şantaj edirlər:“ Avropada vətəndaşlıq almaq üçün...”

Xaricdə yaşayan bloqerlər müğənni Afət Fərmanqızını şantaj ediblər.
"Sherg.az" xəbər verir ki, bir şəxs onu İnstaqramda uyğunsuz videosunun olduğunu iddia edərək hədələyib. Naməlum şəxs A.Fərmanqızını həmin videonu yaymaqla təhdid etməyə çalışıb. Lakin müğənni onun mesajlarını paylaşaraq bu sözləri yazıb:
“Nə video qoşursunuz qoşun, mənə dedikləriniz xanımınıza və ananıza aid olsun. Əziz dostlar, mən Afət Fərmanqızı tovuzlu şəhid Elbrus Verdiyevin xalası nəvəsiyəm. Bir şəhidin yaxınını belə şantaj etmək ermənilərin “dəyirmanına su tökməkdir”. Siz Avropada vətəndaşlıq almaq üçün bu cür şəkillər çəkdirib, özünüzü cinsi azlıq kimi qələmə verirsiniz”.