Qızıl Ağbaba hamını heyrətə salıb

“Qırmızı kitab”a salınan quş məhəlləyə endi

Qızıl Ağbaba İstanbulun Arnavutköy məhəlləsinin sakinlərini heyrətə salıb. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, məhəllə sakini Əlaəddin Aral ağbaba quşunun binanın damına qonduğunu görüb. Quş orada bir müddət qaldıqdan sonra binanın qarşısındakı boş əraziyə enib. Sakinlər onun uça bilmədiyini fərq edib, yaxınlaşıblar. 

Əlaəddin Aral isə quşu evinin damında saxlamağa başlayıb və onu toyuq əti ilə yemləyib. Quş barədə Arnavutköy Bələdiyyəsinə xəbər verilib. Veterinar həkim gəlib, quşu müayinə edib. Onun adı “Qırmızı kitab”a salınan “qızıl ağbaba” olduğu dəqiqləşdirilib. Quş veterinar həkimə təhvil verilib, ardınca da Təbiəti Mühafizə və Milli Parklar Müdürlüyünə təslim edilib. Əlaəddin Arslan “biz bu quşları yalnız bəlgəsəllərdə görürdük. Bədəninin hər yerinə baxdım, yoxladım, heç bir yarası yox idi. Bəlkə yorğunluqdan uça bilməyib. Evimin damında onu saxladım, yedirdim. Sonra da bələdiyyəyə təslim etdik. Qoy aid olduğu yerlərdə yaşasın”, söyləyib.