Bazarlarda kartofun qiyməti niyə artıb? - VİDEO


Sosial şəbəkələrdə kartofun qiymətinin artması və yerli məhsulun qıtlığı ilə bağlı məlumatlar paylaşılıb. 

Baku TV məsələni dəqiqləşdirmək üçün paytaxtda yerləşən bazarlarda araşdırma aparıb. 

Məlum olub ki, yerli məhsula tələbatın çox olmasına baxmayaraq, bazarlarda yerli kartof qıtlığı yaşanır. Qiymət artımını təsdiqləyən satıcılar da bahalaşmanı bununla əlaqələndirib. 

Kənd Təsərrüfatı Nazirliyindən isə yerli kartofla bağlı heç bir problemin olmadığı bildirilib. Kartof əkini ilə məşğul olan femerlərin sözlərinə görə, Gədəbəy və Daşkəsəndə məhsuldarlıq aşağı düşüb, fermerlər ciddi zərərlə üzləşiblər. Buna görə də qış aylarında yerli kartofun paytaxt sakinləri üçün əlçatmaz olacağı gözlənilir.

Ətraflı süjeti təqdim edirik: