İnformasiya təhdidlərinin qarşısı alınacaq


Rəqəmsal Media Mərkəzi fəaliyyətə başlayıb

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin nəzdində Rəqəmsal Media Mərkəzi (The Digital Media Center) fəaliyyətə başlayıb”. Bu barədə “Şərq”ə "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə məlumat verib. 

Birlik rəhbəri bildirib ki, Rəqəmsal Media Mərkəzi müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edəcək:

 “Mərkəz üzərindən xarici ölkələr arasında media platformaları yaradılacaq, informasiya mübadiləsi ediləcək, forumlar və s. keçiriləcək. Əsas fəaliyyət istiqamətlərindən biri də informasiya müharibəsinin aparılması, xüsusən informasiya savaşında iştirak etmək üçün xarici və yerli mobil qrupların hazırlanmasıdır. Məqsəd ölkəmizə qarşı informasiya təhdidləri və basqıları, o cümlədən qarayaxmalar zamanı xaricdəki meda tərəfdaşlarımız vasitəsilə beynəlxalq mediada gündəmi operativ şəkildə öz xeyrimizə dəyişməkdir. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil. Hücum mövqeyində olub, ölkəmizin düşmənlərini dünya mediasında ifşa etməkdir”.