Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır - FƏRMAN

Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokolu təsdiq edilib. 
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 
Qeyd edək ki, sənəd 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanıb.