“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib

“Caspian Energy Club”un təşkil etdiyi sayca 6-cı “Caspian Business Award 2021” mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə SOCAR-ın “Azneft” İB “İlin neft və qaz hasilatçısı” nominasiyasında qalib elan edilib. Təqdimat mərasimində çıxış edən “Azneft” İB-nin baş mühəndisi - baş direktorun birinci müavini Rövşən Qarayev Birliyin baş direktoru Şahmar Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırıb, Birliyin ölkə iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini, SOCAR-ın dəyərlərinə yeni dəyərlər qatdığını bildirib. 

Rövşən Qarayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti  nəticəsində yeni neft strategiyasının icrasına başlanılıb, “Əsrin müqaviləsi” bağlanaraq dünya dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıblar: “Azərbaycan günü-gündən güclənərək öz iqtisadiyyatını, ordusunu müasir tələblər səviyyəsinə çatdırıb. 

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əzmlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz dünyada tanınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi və şanlı Ordumuzun gücü ilə 44 günlük Zəfər savaşında torpaqlarımız azad edilib. Qarabağın parlaq gələcəyi, daha xoş günləri hələ irəlidədir".

Qeyd edək ki, “Caspian Business Award 2021” mükafatı "Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə" nominasiyasında SOCAR-ın "Azəriqaz" İB-yə, "İlin qazma şirkəti" nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb.
#AzneftİB #CaspianBusinessAward2021