Erməni qızı erməni dilində təbrik edənlərə sərt təpki! -  Ziyalılar “dur” dedilər! 

Firudin Cəlilov:“Adi vətəndaşların erməni dilini öyrənməyinə ehtiyac yoxdur”

Tənzilə Rüstəmxanlı:“Sıradan əhali bu dilin yerinə beynəlxalq dillər öyrənə bilərlər. Rus, ingilis, fransız dilləri onların daha çox xeyrinə olar”

Erməni dilinin öyrənilməsinin vacibliyi hər zaman Azərbaycan vətəndaşları arasında müzakirəli mövzu olub. Son zamanlar, xüsusilə də 44 günlük Vətən müharibədən sonra bu mövzu yenidən aktuallaşıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində erməni dilini öyrənmək istəyən istifadəçilərin sayı artıb. Buna adekvat olaraq bu dili tədris edən kursların da sayı çoxalıb.  Düşmən ölkənin dilini öyrənmək yaranan münaqişələrdə bizə yardımçı ola bilər.

Düşmənin dilini bildikdən sonra mübarizə istər-istəməz asanlaşır. Mübarizə dedikdə isə həm hərbi münaqişələr, həm də media üzərindən informasiya müharibəsi nəzərdə tutulur.Bu yolla biz düşməni öz “silahı” ilə vura bilərik. Amma bu işdə əmma da az deyil. Məsələn, elə Feysbuk istifadəçisi Elyar İslamoğlu bu məsələ ilə bağlı dəmir məntiqə söykənən təndiqi paylaşım edib. Mətni olduğu kimi təqdim edirik:

“Heç olmasa, hələ də nəşi tapılmayan 6 itkinimizdən, 3000-dən artıq şəhidimizdən, 10000-dən artıq qazimizdən, övladının ili tamam olmamış oğul dərdindən ürəyi partlayıb dünyasını dəyişən valideynlərdən, birinci Qarabağ mühribəsindən indiyədək öldü-qaldısından xəbər olmayan 4000-dən artıq vətəndaşımızdan utanıb, “Junior Eurovision”da qalib gəlmiş erməni qızın qələbəsini elə erməni dilində təbrik etməzdiniz. Ailəsindən vətən üçün qurban verməyənlər şəhid acısının nə olduğunu heç vaxt anlamayacaq. Erməni qızı rahat-rahat təbrik edin, bacılarınızı, qızlarınızı da istəsəniz erməniyə ərə verib qohum olun, amma şəhid ailələri ermənini hər zaman düşmən biləcək və heç zaman birgə yaşayışa, dostluğa razılaşmayacaq. Bizim əzizlərimizi, doğmalarımızı erməninin qabağına verin, ailələri gözüyaşlı qoyun, öz küçükləriniz müharibəyə getməsin, arxa cəbhədə harınlıq etsin, indi də belə hörmətsizlik edin”.

 Elyar İslamoğlu buna dair foto da paylaşıb. Fotonu təqdim edirik:



Məsələ  barədə “Sherg.az”a türkoloq, filologioya elmləri doktoru və professor Firudin Cəlilov qeyd edib ki, adi vətəndaşların erməni dilini öyrənməyinə ehtiyac yoxdur:

“Dili öyrənmək yalnız müəyyən mütəxəssislər üçün önəmlidir. 40 ildir ki deyirəm ki, qonşu xalqların və Azərbyacanda məskunlaşan xalqların dilini öyrənmək üçün Azərbaycan Milli Elmlər Akedemiyasında şöbə açılmalıdır. İrəvanda Azərbaycanın tarixini, dilini və ədəbiyyatına öyrənən fakültə var. Amma biz də heç tədqiqat şöbəsi də yoxdur. Bu bizim və Akedemiyanın qüsurudur.  Düşünürəm ki, bu, mütləq olmalıdır. Araşdırmaçılar və uzmanlar əgər o dili bilsələr, o dilin orijinal mətnlərini oxuyub, istifadə edə bilərlər. Amma indi tərcümələrdən istifadə edirlər. Onların da əksəriyyəti də dəyişdirilib. Bu səbəbdən gerçək tarixi bizə təqdim edə bilmirlər”.

“Azəri-Türk” Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da öz fikirlərini bölüşüb. O bildirib ki,  düşmənin dilini bilən mütəxəssislərə ehtiyac var:

“Amma əhali bu dili öyrənməməlidir. Sıradan əhali bu dilin yerinə beynəlxalq dillər öyrənə bilərlər. Rus, ingilis, fransız dilləri onların daha çox xeyrinə olar. Məsələn, rus dili ilə bütün post-sovet ölkələrində rahat şəkildə danışa bilər. Razıyam ki, düşmənin dilini bilmək lazımdır. Amma bu mütəxəssislərin işidir”.

Çimnaz ŞAHLAR