Zahid Orucun yubiley yaşı – 50 yaşı tamam olur 

Bu gün  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri və deputatı Zahid Orucun yubiley yaşı – 50 yaşı tamam olur.

Zahid müəllim millət vəkili olaraq Qarabağın qapısı olan – Bərdədə,  Komitə sədri kimi qanunverici sistemdə, STM rəhbəri kimi ictimai düşüncədə böyük hörmət sahibidir.

Zahid müəllimin həyatının mühüm bir hissəsi dövlətçiliyə xidmətlə sıx bağlıdır. Həyatını, işini, ömrünü dövlətçiliyin yanında yer almaqla, fəaliyyətində ağlın və dəmir məntiqin, ədalətin sarsılmaz təcəssümü daşımaqla yaşayır.

Zahid müəllim ürəyi dövlətçiliyin varlığı ilə döyünür, yazılarında, tezislərində, çıxışlarında güclü və qalib Azərbaycan inşa etmiş Ali Baş Komandanın ideyalarının ideoloji və siyasi çalarlarının sosial yaddaşda əbədi möhkəmlənməsində müstəsna rol oynamaqdadır.

Dəyərli millət vəkilinizi təbrik edir, fəaliyyətində, güclü Azərbaycan yolundakı işlərində uğurlar arzulayırıq.
Arzu edək ki, yüz yaşını ömrünün zirvəsindən zirvədəki Azərbaycanda qeyd etsin.