Kürdəmirdə sirkə turşusu içən şəxs xəstəxanada ölüb


Kürdəmir rayonunda sirkə turşusu içən şəxs xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini, 41 yaşlı Qədirov Rəşad Rasim oğlu bir müddət əvvəl sirkə suyu içərək özünə qəsd etmək istəyib. Daha sonra yaxınlıqdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. R.Qədirovun vəziyyəti ağır olduğu üçün o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Xəstəxanada müalicə alan R.Qədirov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.