KİV: Makron Bayden, Şolts və Zelenski ilə danışıqlar aparacaq

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Cozef Bayden, Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Məlumata görə, Fransa lideri üç ölkənin liderləri ilə söhbətində Ukrayna ətrafında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səylərini davam etdirmək niyyətindədir.

Bundan əvvəl Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.Rusiya və Fransa prezidentləri arasında söhbət 1 saat 40 dəqiqə davam edib. Fransa lideri rusiyalı həmkarına avropalı tərəfdaşları və müttəfiqlərinin narahatlıqları barədə məlumat verib.