Bu ilin yanvar ayı üzrə prokurorluq orqanları tərəfindən üstü açılan cinayət hadisələrinin sayı AÇIQLANDI

2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.