Saxta diplom satan alim həbsdə öldü


Bakıda həbsxanada daha bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən məhkum Mehralı Yusifov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, M. Yusifov alimlik dərəcəsi almış təhsil işçisi olub. O, 2019-2020-ci illərdə saxta diplomların satılması faktı ilə əlaqədar həbs edilmişdi.