Ramiz Mehdiyev istefasının səbəbini AÇIQLADI - YENİLƏNİB


AMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verməsinin səbəbini açıqlayıb.

Ramiz Mehdiyev "Unikal"-a açıqlamasında istefa xəbərini təsdiqləyib və bildirib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".

17:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. 

Oxu.Az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.