Rüşvət tələb edən məktəb direktoru işdən çıxarılıb - VİDEO

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb. 
Oxu.Az-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb. 
Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:

“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.