Vilayət Eyvazov polkovnik-leytenantı Samuxa rəis təyin etdi

Samux rayon Polis Şöbəsində yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Onun əmri ilə, polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.