Ölkə üzrə boşananların sayı AÇIQLANIB

2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halı qeydə alınıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq 5,6 olub.
Boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.
Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.