Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib


Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.

Daha sonra o, vədinə əməl etməyib.

Hadisə ilə bağlı N.Kazımov Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. F.Quliyev saxlanılıb və törətdiyi əməldən peşman olduğunu bildirib.