DANX rəisi nazirdən xəbərdarlıq alması ilə bağlı iddialara CAVAB VERDİ


“Nazir tərəfindən bu hadisə ilə bağlı xəbərdarlıq almağıma dair yayılan məlumatlar doğru deyil”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq almasına dair yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mənə xəbərdarlıq olunmayıb, şöbə müdiri də işdən ayrılmayıb:

“Hətta şöbə müdiri bundan 10 gün öncə məzuniyyətə çıxıb. Məsələ ilə bağlı əlbəttə ki, rəhbərlik tərəfindən mənə suallar verilib. Sualları da cavablandırmışıq. Operativ şəkildə bütün məlumatlar toplanıb və rəhbərliyə çatdırılıb. Bu dəqiqəyə kimi dediyiniz xəbərdarlıqla bağlı heç nə baş verməyib. Bu məlumatların mətbuatda necə yayıldığını bilmirəm. Həqiqətən də mənə xəbərdarlıq edilməyib”.